Məhsulların vaxtında və etibarlı çatdırılmasının əhəmiyyəti
Məhsulların vaxtında və etibarlı çatdırılması təsərrüfatın davamlılığı, məhsuldarlığı və müştəri məmnuniyyətinin qorunması üçün mühüm amildir.
Heyvandarlıq sahəsində peşəkar məsləhət xidməti.
Müştərilərimiz üçün daim aktiv texniki dəstək xidməti
Hazırda aktiv olan şirkətlərimiz SNQ MMC və EKOL AZƏRBAYCAN MMC fəaliyyət göstərir. Təsisçimiz – quşçuluq sahəsində 40 illik təcrübəyə malik alim, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əmək ordeni ilə təltif olunmuş, ölkəmizdə bu sahədə yeganə seleksionist, “Lider” quş cinsinin yaradıcısı Hacıyev Qiyas Hacıağa oğludur.
Təsisçimizin yaratdığı Lider Company Group çərçivəsində bir neçə istiqamətdə fəaliyyət göstərən şirkətlər mövcuddur: Lider Medicavet, Lider Quşçuluq Damazlıq və Lider Loqistika. Bu quruluş bizə həm sektorda müxtəlif sahələri əhatə etmək, həm də tərəfdaşlara kompleks xidmət təqdim etmək imkanı verir.
Uzun illərdir dünyanın aparıcı və innovativ şirkətləri ilə əməkdaşlıq edirik. Onların keyfiyyətli məhsullarını Azərbaycana gətirərək yerli bazarda müştəri məmnuniyyəti və yüksək keyfiyyət standartlarını qoruyuruq. Bizim üçün hər addımda etibar və uzunmüddətli tərəfdaşlıq əsas dəyərdir.
Biz yalnız məhsul idxalı ilə kifayətlənmirik. Dünyaca tanınmış şirkətlərdən gətirdiyimiz yem və qatqıları ölkənin ən iri yem zavodlarına, quşçuluq və maldarlıq fabriklərinə, eləcə də aparıcı satıcılara təqdim edirik. Bu, həm keyfiyyətə, həm də müştəri məmnuniyyətinə verdiyimiz önəmin göstəricisidir.
Müştəri bizim üçün sadəcə alıcı deyil, uzunmüddətli və dəyərli tərəfdaşdır. Onların ehtiyaclarını diqqətlə dinləyir, real problemlərini düzgün anlayır və daha optimal, effektiv həllər təqdim edirik. Hər bir əməkdaşlıqda əsas məqsədimiz qarşılıqlı güvən, şəffaflıq və davamlı, dayanıqlı inkişafdır.
Müştəri ehtiyac və problemlərini diqqətlə dinləmək; onlara uyğun, səmərəli və innovativ həll yolları təklif etmək, beynəlxalq qabaqcıl təcrübəni yerli bazarın real reallıqları ilə səmərəli birləşdirmək – bizim əsas, dəyişməz iş prinsipimizdir.
Biz yalnız məhsul təqdim etmirik, həm də peşəkar texniki dəstək göstəririk. Komandamız hər bir müştərinin ehtiyacına operativ cavab verir, yüksək xidmət keyfiyyəti ilə etibarı möhkəmləndirir. Çünki keyfiyyətli xidmət – davamlı əməkdaşlıq və məmnun müştəri deməkdir.
Məhsulu yüksək keyfiyyətlə təmin etmək qədər, onu vaxtında və etibarlı şəkildə çatdırmaq da önəmlidir. Lider logistika gücümüz sayəsində məhsullar ən qısa zamanda müştəriyə çatdırılır, keyfiyyət bütün mərhələlərdə qorunur və hər zaman rahat, etibarlı xidmət təqdim olunur.
Biz müştərilərimizə ən yaxşı məhsulları təqdim etmək üçün yalnız etibarlı brendlərlə əməkdaşlıq edirik.
Bütün brendləri kəşf et
Məhsulların vaxtında və etibarlı çatdırılması təsərrüfatın davamlılığı, məhsuldarlığı və müştəri məmnuniyyətinin qorunması üçün mühüm amildir.
Şirkətimizin profilaktika, düzgün vaksinasiya və texniki-baytarlıq dəstəyi təsərrüfatlarda xəstəliklərin qarşısını alır, sağlam inkişafı təmin edir.
Düzgün yem və qatqılar quşların sağlamlığını qoruyur, məhsuldarlığı yüksəldir və təsərrüfatın iqtisadi göstəricilərini gücləndirir.
Keyfiyyətli damazlıq heyvanların seçimi və idarə olunması təsərrüfatın genetik potensialını, məhsuldarlığını və davamlı inkişafını təmin edir.
Lider Group çərçivəsində Medicavet, Quşçuluq Damazlıq və Loqistika şirkətləri ilə tərəfdaşlara geniş və kompleks xidmətlər göstərilir.
Sizin müraciətinizi səbirsizliklə gözləyirik!